Hansı bank etibarlıdır? - SORĞU
Ru
22:49 / 28 Oktyabr 2024

Hollandiyada irqçi hücum: 82 yaşlı türk qadın ölümcül döyüldü - FOTO+VİDEO

808
Hollandiyada, Den Haaqda yaşayan 82 yaşlı Cəmilə Telli hollan qonşusu tərəfindən ölümcül döyülüb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, hadisə zamanı ətrafda olan şahidlər dərhal polis və təcili yardım çağırıblar. Həkim qrupları Cəmilə Tellini xəstəxanaya aparıblar və o, iki gün reanimasiyada müalicə alıb. Hadisədən sonra ortaya çıxan görüntülər Tellinin yaşadığı şiddətin ölçüsünü ortaya qoyub.

Təcavüzkar qadın hadisədən bir neçə gün sonra polis tərəfindən nəzarətə alınsa da, onun sərbəst buraxılması məhəllədə etirazla qarşılanıb. Cəmilə Tellinin oğulları analarına edilən hücumla bağlı qanuni mübarizəyə başladıqlarını açıqladılar.

Qeyd edək ki, Kütahyada doğulan Tellinin 60 ilə yaxındır ki, Hollandiyada yaşadığı bildirilir.

Zaur, BakuPost

Hollandiyada irqçi hücum: 82 yaşlı türk qadın ölümcül döyüldü - FOTO+VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar