Ru
12:12 / 04 Fevral 2025

Qəbələdə hovuzda boğulduğu deyilən 15 yaşlı Hüseynlə bağlı YENİ DETALLAR

Qəbələdə hovuzda boğulduğu deyilən 15 yaşlı Hüseynlə bağlı YENİ DETALLAR
1695

Qəbələdə hovuzda boğulduğu deyilən Ağcabədi rayon sakini, 15 yaşlı Hüseyn Hüseynov ilə bağlı yeni təfərrüat məlum olub.

Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a H.Hüseynovun xalası oğlu Rüstəm Məmmədov məlumat verib.

Rüstəm Məmmədovun açıqlamasına görə, yayılan məlumatlar yanlışdır:

"Hüseyn evdə 22 yaşlı güləş müəllimi Nəsir Nəsirovla yarışa gedəcəyini deyib. Sonra yarış təxirə düşdüyü üçün Qəbələnin Vəndam qəsəbəsində fərdi qonaq evlərindən birinə istirahətə gediblər. 5 nəfər tələbə, müəllim və onun dostları olublar. Ümumilikdə 8 nəfər gediblər. Orada hadisənin necə baş verdiyi bilinmir, uşaq dünyasını dəyişib, adını qoyublar ki, suda boğulub. Sözügedən 5 uşaqdan biri mənə dedi ki, hadisədən sonra ev yiyəsi kameranı qırıb. Mən istəyirəm ki, məsələ düzgün araşdırılsın, aydınlığa çıxsın.

Hüseynin atası 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Valideynləri də mənim bildiklərimi bilirlər".




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar