Ru
09:48 / 09 Dekabr 2024

Hündürlüyü 1 km-dən çox olan bu vulkan yenidən PÜSKÜRDÜ

Hündürlüyü 1 km-dən çox olan bu vulkan yenidən PÜSKÜRDÜ
1875

Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı (Saxalin bölgəsi) Ebeko vulkanında 1,5 kilometr hündürlüyədək kül püskürməsini qeydə alıblar.


Bakupost.az TASS agentliyinə istinadla bildirir ki, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kül layı şimal-qərb istiqamətində beş kilometrdən çox məsafəyə yayılıb.

Ebeko vulkanı Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 metrdir. 2016-cı il noyabrın ortalarında aktivləşən vulkan yüksək püskürmə ehtimalı ilə artan fəallığa malikdir. Sonuncu dəfə vulkan avqustun 27-də kül püskürüb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar