Yəməndən İsrail istiqamətinə iki ballistik raket atılıb.
Bakupost.az də xəbər verir ki, İsrailin mərkəzində və Qüdsdə həyəcan siqnalları səslənir.
İsrail mediası raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirir.
Xatırladaq ki, bir gün əvvəl Donald Tramp ABŞ-ın bir həftəlik hava hücumlarından sonra Yəmən husilərinin “sülh istədiyini” deyib.