Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları ölkədə BMT-nin bir neçə əməkdaşını saxlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti rəhbərinin müavini Fərhan Haq brifinqdə məlumat verib.
“Sənanın de-fakto hakimiyyəti nəzarət etdikləri ərazidə BMT əməkdaşlarını saxlayıb. Buna cavab olaraq, biz faktiki hakimiyyətin nəzarəti altında olan ərazilərdə bütün rəsmi hərəkətləri dayandırdıq. Bu qərar növbəti bəyanata qədər qüvvədə qalacaq”, -o bildirib.
Qeyd edək ki, BMT Baş katibinin ofisi iyunun əvvəlində təşkilat sistemində çalışan 11 Yəmən vətəndaşının saxlandığını elan edib.