Ru
10:03 / 12 İyul 2024

İbrahim Tatlısəs əməliyyat olunacaq - Ağlayaraq halallıq istədi

3827
Türkiyəli müğənni İbrahim Tatlısəs əməliyyat olunacaq.

Bakupost.az xəbər verir ki, “İmperator” ləqəbli məşhur xalq müğənnisi İbrahim Tatlısəs 2011-ci ildə silahlı hücumda başından güllə yarası aldıqdan sonra bir çox əməliyyatlar keçirib.

Müğənni ötən axşam "Hərbiye Açıq Hava" konsertində pərəstişkarları ilə görüşüb.

Tatlısəs konserti zamanı ürək qapağından əməliyyat olunacağını bildirib.

"Ürəyimin qapağı dəyişəcək, haqqınızı halal edin və dualarınızı əsirgəməyin”.

Açıqlama verərkən göz yaşlarını saxlaya bilməyən Tatlısəs tamaşaçılardan da halallıq istəyib.

Tatlısəs son olaraq “Əməliyyatdan qalxa bilməsəm, mahnılarıma qulaq asın” deyə əlavə edib.




Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar