Türkiyəli müğənni İbrahim Tatlısəs barəsində cinayət işi başlanıb.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət işi müğənninin keçmiş meneceri Şule Yazarın şikayəti əsasında açılıb.
Belə ki, menecer sənətçinin onu təhdid etməsi, mobbinq (bir və ya bir qrup insanın başqasına və ya başqa bir qrupa qarşı sosial zorakılığıdır - red.) və psixoloji zorakılıq tətbiq etməsi ilə bağlı İzmir Respublika Baş Prokurorluğuna müraciət edib.
Ş. Yazar məsələ ilə bağlı açıqlama verib: “Hələ hamilə olduğum dönəmlərdə mənimlə daima qəzəbli, kobud danışırdı. Təhdid edirdi. Bəlkə də əsəbiləşib deyirdi. Ancaq o təhdidlərin bir gün həyata keçməyəcəyinin qarantiyasını vermək olmaz. Buna görə də vəkilimlə birlikdə dəlillərlə cinayət işi qaldırdıq”.