Misirdə 2500 il əvvələ aid yüzlərlə mumiya olan qədim məzarlarlar tapılıb.
Arxeoloqlar Misirin Asvan şəhərinin kənarındakı bir təpənin yamacında sərdabələr tapıblar, onların dediyinə görə, orada yüzlərlə mumiya olan 33 ailə qəbri var.
İtaliya-Misir birgə arxeoloji qrupu bildirir ki, dəfnlər Misirin Yunan-Roma dövrünə aiddir.