Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib.
Bakupost.az xəbər verir ki, bu gün qazinin yas mərasimi Sabirabadda keçirilib və mərhum torpağa tapşırılıb.
Yas mərasimində Sabirabadın icra başçısı Siraqəddin Cabbarov da iştirak edib.
Jurnalistlərin suallarını cavablandıran başçı hadisə ilə bağlı açıqlamalar verib.
O, qaziyə diqqət göstərildiyini və tələblərinin həyata keçirildiyini deyib:
“Hər həftənin 4-cü günü rəsmi qaydada qəbul keçirirəm. Elvin Cəfərovla da dəfələrlə görüşüm olub. Qəbul günüm olmayanda da onu qəbul etdim. Onun icra nümayəndələri, bələdiyyə tərəfindən hansı tələbləri olubsa, imkan daxilində həyata keçirilib. Son hallarından xəbərim olmayıb.
O, özünü İcra Hakimiyyəti qarşısında yox, Mədəniyyət Sarayının qarşısında yandırıb. Bu məsələ Prokurorluq, hüquq mühafizə orqanlarının işidir. Onlar araşdırır. Hadisə psixoloji durumdan baş veribsə, o da üzə çıxacaq”.
S. Cabbarov, qazi ailəsinə maksimum köməklik ediləcəyini qeyd edib.
Daha ətraflı videoda:
Siraqəddin nə deyirsə yalan deyir.
Başçı ağ yalan deyir.Əgər ona qayğı göstərilsəydi niyə o intihar halına gəlirdi? Yerlərdə əhali ilə heç bir icra başçısı normal iş təşkil etməyib.Onlar yalnız rüşvət,mənimsəmə,özəlləşdirmə ilə məşğuldurlar.Hamı bunu bildiyi,gördüyü halda niyə Prezident Aparatı kənardan seyr edir?Yoxsa göstəriş belədir? Yığ,bizə də ver!