İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Kazım qızı Əhmədova yaşa görə təqaüdə göndərilib.
Bakupost.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə İcra Hakimiyyətinin başçısı Nahid Bağırov müaviq əmr imzalayıb.
Qeyd edək ki, Sevil Kazım qızı Əhmədova uzun illər rayonun aparıcı sahələrində rəhbər işdə, dövlət qulluğunda çalışıb, 2000-ci ildən İcra Hakimiyyətində yenidən dövlət qulluğunda fəaliyyət göstərməyə başlayıb. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.