Ru
17:00 / 25 Aprel 2025

İcra başçısına etiraz məktubunu deputata belə oxutdurdu - FOTO

İcra başçısına etiraz məktubunu deputata belə oxutdurdu - FOTO
Eye

Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdan narazılıq edən vətəndaşı qəbul edib.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Sabirabad rayon sakini Ramazan Rzayev plakata bənzər məktubu ilə deputatın qəbuluna girib.


O, icra başçısı və rayon bələdiyyə sədrinə olan etiraz məktubunu deputata oxutdurub .

Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, Ramazan Rzayev Sabirabad rayonunda ağsaqqal bloger kimi tanınır. O, daimi rayonun sosial vəziyyəti ilə bağlı videolar paylaşır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar