Xızı Rayon İcra Hakimiyyəti başçısı Xəzər Aslanova ağır itki üz verib.
Bakupost.az xəbər verir ki, onun qardaşı Maqsud Aslanov vəfat edib.
M.Aslanovun vaxtsız vəfatı ilə əlaqədar yaxınları icra başçısına başsağlığı diləyiblər.
M.Aslanov 2009-cu ildən vəfat edənə qədər Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi olub. O, 20-dən çox elmi məqalənin, 8 tədris-metodik tövsiyənin müəllifidir.