Ru
19:58 / 25 Sentyabr 2024

İcra hakimiyyətindən yayılan foto ilə bağlı - Açıqlama

975
Sosial şəbəkələrdə paytaxt küçələrindən birinin tamamilə səkisiz qalmasını əks etdirən foto yayılıb. Sakinlərin narazılıq etdiyi Salatın Əsgərova küçəsinin Yasamal rayonun inzibati ərazisinə daxil olduğu bildirilir.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya sosial şəbəkələrdə foto şəkillərlə təqdim olunan Salatın Əsgərova və Səməd Vurğun küçəsinin kəsişdiyi ərazidən olan görüntülər dislokasiya baxımından Yasamal rayonunun inzibati ərazisinə aid olmadığı bildirilib:

“Qeyd olunan ünvan Yasamal rayonunun inzibati sərhədlərindən kənarda yerləşir. Həmçinin bildiririk ki, RİH-in nəzdində fəaliyyətdə olan küçə, prospekt və səkilərin vəziyyətinə dair komissiya tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır və bu məsələ ərazi üzrə nümayəndələrin daimi diqqətindədir”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar