Ru
14:45 / 01 İyul 2024

İdmançılara hökm oxundu - 28 gün sonra azadlığa çıxacaqlar - Yenilənib-FOTO

2755

MMA və Qrapplinq Federasiyasının həbsdə olan qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədovun məhkəməsi yekunlaşır.


“Qafqazinfo”nun məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Müslüm Şahmarov idmançıların ayrı-ayrılıqda xuliqanlıqda təqsirli bilinmələrini - R.Əfəndiyev, T.Musayev, V. Kərimov, X.Rüstəmov və R. Əsədovun 1 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

İttiham çıxışında sərbəst mühakimə olunan T.Musayevin məhkəmə zalından həbsi tələb olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.


***
14:45

Hökmə əsasən, Tofiq Musayevdən başqa idmançıların hər biri 6 ay azadlıqdan məhrum edilib. T.Musayev isə 1500 manat cərimə cəzasına məhkum edilib.


İdmançılar 28 gün sonra azadlığa buraxılacaqlar.







İdmançılara hökm oxundu - 28 gün sonra azadlığa çıxacaqlar -  Yenilənib-FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər