Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:52 / 30 Oktyabr 2024

İdmançımız Avropada 1 qızıl, 2 gümüş qazandı

522
Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (81 kiloqram) Polşanın Raşin şəhərində keçirilən gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyində 3 medal qazanıb.

Bakupost.az xəbər verir ki, idmançı birdən qaldırmada 151 kiloqramı ram edib və bu hərəkətdə qızıl medala layiq görülüb.

Təkanla qaldırmada 187 kiloqramı başı üzərinə qaldıran atlet bu hərəkətdə gümüş mükafata sahib çıxıb. R.Alməmmədov toplam 338 kiloqram (151+187) nəticə ilə yekun sıralamada da ikinci yeri tutub.

Qeyd edək ki, Avropa birinciliyində daha əvvəl Qasım İsmayılov (67 kiloqram) bürünc medala sahib çıxıb
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar