Ru
17:23 / 24 Oktyabr 2024

İdxaldan asılılığı necə aradan qaldırmaq olar?

 İdxaldan asılılığı necə aradan qaldırmaq olar?
3264

"Valyutanın ölkədə qalması üçün ixrac imkanlarımız genişlənməlidir. Biz öz məhsullarımızı xaricə ixrac etməliyik ki, ölkəyə valyuta daxil olsun və idxalı azaltmalıyıq. Bunun üçün qeyri-neft sektoru, kənd təsərrüfatı və texnologiyanın inkişafına ciddi ehtiyac var".

Bunu Bakupost.az -a iqtisadçı ekspert Eyyub Kərimli bildirib.
O qeyd edib ki, ölkə iqtisadiyyatı idxaldan çox asılıdır:

"İqtisadiyyatımızın 60 faizi idxala bağlıdır. Bu da ölkədən valyuta çıxmasına səbəb olur. İdxaldan asılılığımızı azaltmaq üçün texnologiyanın inkişafına diqqət yetirməliyik. Yerli istehsalı inkişaf etdirmək, qeyri-neft sektorunu gücləndirmək lazımdır. Ərzaq təhlükəsizliyimizi maksimum təmin etməyə çalışmalıyıq”.

İqtisadçı ekspert Pərviz Heydərov isə hesab edir ki, ərzaq məhsulları ən çox istehlak olunan, ən zəruri məhsul olduğuna görə idxaldan asılı olmalıdır. Bunu qarşısını almaq qeyri-mümkündür. Heç bir ölkə maksimum dərəcədə özünü bütün ərzaq məhsulları ilə təmin edə bilməz:
“Bu real deyil. Dünya ölkələrinə nəzər salsaq, hər şeyini özü təmin edən ölkə tapa bilmərik. Azərbaycan kiçik ölkədir. Biz Cənubi Qafqazda böyük ölkə hesab olunsaq da, elə də böyük potensiala malik deyilik ki, hər şey ilə özümüzü təmin edə bilək. Ona görə də bizim bir çox xarici məhsullardan asılılığımız təbii qəbul
edilməlidir”.

Sevinc, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar