Ru
15:54 / 16 Aprel 2025

İİV-ə yoluxmuş şəxslər ailə qura və sağlam övlad dünyaya gətirə bilərmi?

İİV-ə yoluxmuş şəxslər ailə qura və sağlam övlad dünyaya gətirə bilərmi?
Eye

“İİV müsbət statusu olan şəxs ailə qura bilər”.

Bakupost.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, İİV müsbət statusu olan şəxsin İİV infeksiyasını öz partnyoruna yoluxdurmasının qarşısının alınması məqsədilə, həmin şəxsə veriləcək vacib tövsiyələrdən biri vaxtında antiretrovirus preparatlarının qəbuluna başlamasıdır:

“Çünki, ARV terapiya İİV-ə yoluxmuş şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsini və immunitetin bərpasını təmin etməklə yanaşı, eyni zamanda epidemioloji cəhətdən virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır. Lakin, burada vacib məqamlardan biri pasiyentin ARV terapiyaya sadiqliyidir. Xəstələrin müalicə rejiminə düzgün əməl etməməsi, ARV terapiyada uzunmüddətli və periodik fasilələrin verilməsi virusun yenidən aktivləşməsinə, rezistent ştammların yaranmasına səbəb ola bilir. Belə hallarda hətta öncələr müalicə proqramında olmuş xəstələr virusu asanlıqla öz partnyoruna yoluxdura bilər”.

Direktor bildirib ki, İİV-ə yoluxmuş qadın sağlam uşaq dünyaya gətirə bilər:

“Burada mühüm olan hamilə qadında virusun vaxtında aşkarlanıb antiretrovirus müalicəsinə başlamasıdır. İİV-ə yoluxmanın qarşısının alınmasında anadan uşağa ötürülmənin profilaktikasının böyük əhəmiyyəti var. Bu istiqamətdə ölkəmizdə uğurlu nəticələr əldə edilib. Son illər ərzində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikasına cəlb olunmuş İİV-lə yaşayan hamilə qadınlardan virusun anadan uşağa ötürülmə halları qeydə alınmayıb. Belə ki, vaxtında aşkarlanan və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülüb, ARV-terapiya proqramına qoşularaq müalicə qəbul edən bütün hamilələr daim Mərkəz mütəxəssislərinin nəzarəti altında olurlar və sağlam uşaq dünyaya gətirirlər. Doğulduqdan sonra da bütün yenidoğulmuşlar Mərkəzin pediatrının nəzarətinə götürülür və onlara da İİV-infeksiyasının Anadan uşağa ötürülməsinin profilaktikası aparılır”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar