Ru
15:25 / 14 Noyabr 2024

İkardi keçmiş arvadını məhkəməyə verdi

İkardi keçmiş arvadını məhkəməyə verdi
Eye

"Qalatasaray" klubunun ulduz futbolçusu Mauro İkardi qızlarının vəkalətini almaq üçün Vanda Naranı məhkəməyə verib.

Bakupost.az xəbər verir ki, Mauro İkardi Vanda Nara ilə görüşmək üçün Argentinaya gedib. Cütlüyün görüşdüyü binaya Vanda Naranın yeni sevgilisi L-Gantenin girişi qadağan edilib.

Argentina mediasında yayılan xəbərlərə görə, İkardi uşaqların vəkalətini almaq üçün keçmiş həyat yoldaşı ilə dalaşıb.

Daha sonra əldə olunan məlumata görə, İkardi Vanda Naraya "Instagram" səhifəsindən ona yazdığı mesajı paylaşdığı üçün əlaqəni kəsəcəyini bildirib.

Qeyd edək ki, Argentina mediasında yayılan xəbərlərə görə, İkardinin ölkəsinə səfərinin səbəbi Vanda Naranın L-Gantedən hamilə olmasıdır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar