Mauro İkardinin yeni sevgilisi olduğu iddia edilən Anjela Burqos adlı xanım son günlər məşhur futbolçunun fanatlarının diqqət mərkəzindədir. Onlar sözügedən qadının kim olduğu haqqında məlumatlar öyrənməyə can atırlar.
Bakupost.az xəbər verir ki, onun yeni sevgilisi olduğu deyilən xanım vəkildir və boşanma davasını o aparır.
Anjela əslən Kolumbiyadan olan 35 yaşlı cinayət və insan haqları üzrə hüquqşünasdır. O, 13 il əvvəl Argentinaya köçərək burada hüquq təhsilini tamamlayıb.
Anjela xüsusilə futbolçuların hüquqi məsələlərində ixtisaslaşıb. Burqos eyni zamanda, Argentina siyasətində də fəal olub və bu ölkədə siyasi vəzifəyə namizədliyini irəli sürən ilk xarici qadın kimi tarixə düşüb. Həmçinin televiziya aparıcısı və iş qadını kimi də tanınır.
O, “Canal C” telekanalında yayımlanan "Hola Vecinos” proqramının aparıcısıdır. Bu proqramda Anjelina, əsasən, daşınmaz əmlak bazarı, mənzil qiymətləri və əmlak idarəçiliyi kimi mövzuları müzakirə edir.
Anjela hüquq sahəsindəki uğurları və ictimai fəaliyyətləri ilə tanınan şəxsdir. Onun peşəkar fəaliyyəti və şəxsi həyatı, xüsusilə də Mauro İkardi ilə olan əlaqələri Argentina mediasında geniş şəkildə işıqlandırılıb.
O, Vanda Nara ilə İkardinin boşanması ilə bağlı hüquqi məsələlərdə futbolçuya yardım edib. Burqosun Ikardi ilə əlaqəsinin peşəkar və ya şəxsi olduğu ilə bağlı müxtəlif spekulyasiyalar var.
Qeyd edək ki, Burgos mediada yayılan şayiələrə cavab olaraq, yalnız işinə fokuslandığını və şəxsi həyatı ilə bağlı yayılan məlumatların yanlış olduğunu bildirib.