Ru
15:20 / 10 Fevral 2025

İkardiyə BƏD XƏBƏR - Adı çıxarıldı..

İkardiyə BƏD XƏBƏR - Adı çıxarıldı..
Eye

"Qalatasaray" klubunun argentinalı ulduz futbolçusu Mauro İkardi zədə səbəbindən mövsümün qalan hissəsi üçün iştirak ərizəsindən çıxarılıb.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, ulduz futbolçunun adı UEFA Avropa Liqasının iştirak ərizəsində qeyd olunsa da, Türkiyə Superliqasında forma geyinmək şansı qalmayıb.

Buna səbəb Maruo İkardinin zədəsi və bu gün reallaşacaq Françovski transferidir.

Belə ki, heyətini polşalı futbolçu ilə gücləndirən "Qalatasaray" legioner futbolçu limiti üzündən Mauro İkardini iştirak ərizəsinə daxil etməyəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində "Tottenhem"lə görüşdə zədələnən Mauro İkardi uzun müddətdir yaşıl meydanlardan uzaq qalıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar