Almaniyanın Maqdeburq şəhərində milad bazarında iki avtomobil insan izdihamının üzərinə sürülüb.
Bakupost.az xəbər verir ki, yerli KİV-in məlumatına görə hadisə nəticəsində 11 nəfər ölüb, 80 nəfər yaxın adam yaralanıb.
Hüquq mühafizə orqanları hadisənin terror aktı olub-olmaması üzərində araşdırma aparır.
Sürücülərdən birinin saxlanıldığı bildirilir.