Ru
12:47 / 11 Aprel 2025

İki böyük ölkənin kəşfiyyat rəhbəri Bakıya gəldi – Misilsiz hadisə!

İki böyük ölkənin kəşfiyyat rəhbəri Bakıya gəldi – Misilsiz hadisə!
Eye

“Suriyada orduları üz-üzə gələn İsrail-Türkiyənin məxfi xidmət orqanları rəhbərlərinin iki gün əvvəl paytaxtımızda görüşü qlobal təhükəsizlik üçün misilsiz hadisədir”.

Bakupost.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, ölkəmiz Qəzzada savaşı deyil, beynəlxalq hüququ üstün tutduğu üçün hücumlara məruz qalır:

“Yəhudi və türk dünyasını toqquşdurmaq üçün erməni, Fransa, Kanada, Hindistan və onlarla dövlət çalışır. İsraillə gərginlik Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrə fürsət verir. Dünyada antisemitizm dalğasının yüksəlişi fonunda yəhudi icmasına örnək münasibət asan deyil.

Qarabağın xilaskarı İlham Əliyev İkinci Dünya müharibəsindən sonra tam və qəti qələbə ilə başa çatan tək savaşın qalibi kimi yeni münaqişələrin qarşısını alır. Azərbaycan islam dünyasının ən böyük yəhudi və xristian icmalarının təhlükəsiz evidir. Torpaqlarımız fərqli millətlərin və dinlərin çiyin-çiyinə şəhidliyi ilə azad olunub”.

Deputat qeyd edib ki, Vaşinqton Bakı ilə əlaqələrini gücləndirmək üçün İsraildən nümunə götürə bilər:

“Biz Ağ Evdən hərbi yardım istəmirik. Lakin tarif müharibələrində trilyon dollarlıq iqtisadi itkilərin yüzdə biri ilə bütün məcburi köçkünlərimizi doğma evlərinə qaytarmaq olardı. Halbuki Şuşada Ağ Evi xalqımız özü tikir”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar