Ru
15:32 / 01 Aprel 2025

İki erməni generala ittiham irəli sürüldü

İki erməni generala ittiham irəli sürüldü
Eye

Ermənistan Baş Qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan, Raket Qoşunları və Artilleriya İdarəsinin keçmiş rəisi general-mayor Armen Arutyunyan barəsində ittiham irəli sürülüb.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, cinayət işi üzrə ibtidai istintaq başa çatıb, iş İrəvan Cinayətlər Məhkəməsinə göndərilib.

İttihama görə, Arutyunyan vəzifədə olarkən “Ermənistan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” qanunun tələblərini pozub, onları düzgün yerinə yetirməyib, bu da ağır nəticələrə səbəb olub.

Akopyan da səhlənkarlıqda ittiham edilir. İttihama görə, vəzifədə olarkən xidmətə səhlənkar münasibət bəsləyərək öz vəzifələrini lazımınca yerinə yetirməyib, bu da ağır nəticələrə və külli miqdarda maddi ziyana səbəb olub.

Armen Arutyunyan və Movses Akopyanın qabaqlayıcı tədbir kimi ölkədən çıxışına qadağa qoyulub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar