Ru
20:53 / 08 Aprel 2025

İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi

İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi
Eye

Azərbaycanın 2 sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

Bakupost.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan Osman Nurmaqomedov yarımfinalda gürcüstanlı Miriani Maysurazdeyə qalib gəlməklə finala adlayıb.


125 kq çəkidə yarışan digər təmsilçimiz Giorgi Meşvildişvili isə həlledici mərhələyə gedən yolda Dzianis Xramyankunu (UWW) üstələyib.

Nurmaqomedov qızıl medal uğrunda görüşdə Dauren Kuruqliyevlə (Yunanıstan), Meşvildişvili isə Solomon Manaşvilə (Gürcüstan) üz-üzə gələcək.

Bu gün mübarizəyə qoşulan digər idmançı Ağanəzər Novruzov isə yarımfinalda albaniyalı Çermen Valievə uduzmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq şansını itirib. O, sabah üçüncü yer uğrunda görüşdə Ramazan Ramazanovla (Bolqarıstan) qarşılaşacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar