Ru
16:43 / 25 Yanvar 2025

İki min il yaşı olan heykəl zibilliyə atıldı - FOTO

İki min il yaşı olan heykəl zibilliyə atıldı - FOTO
2164


Yunanıstanda qədim mərmər heykəl naməlum şəxslər tərəfindən zibil qutusuna atılıb.

Bakupost.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Yerli sakin Saloniki şəhəri yaxınlığındakı zibilxananın yanında zibil torbasının içindən qadın heykəlinin 80 santimetrlik baş hissəsini tapıb. O, polisə zəng edərək məlumat verib, daha sonra heykəli yerli hakimiyyət orqanlarına təhvil verib. Hakimiyyət orqanları isə onun əhəmiyyətini qiymətləndirmək üçün arxeoloqlarla əlaqə saxlayıblar.

İlkin qiymətləndirmədən sonra məlum olub ki, tapıntı ellinizm dövrünə, təxminən eramızdan əvvəl 320-30-cu illər arasında mədəniyyət və incəsənətin çiçəklənməsi ilə yadda qalan dövrə aiddir. İki min il yaşı olan heykəl daha ətraflı öyrənilməsi üçün arxeoloqlara göndərilib. Bundan sonra o, qorunub öyrənilməsi üçün yerli antikvarlar idarəsinə təhvil veriləcək.

Polis heykəli kimin atdığını müəyyənləşdirmək üçün araşdırmalara başlayıb. Hələlik hadisə ilə bağlı həbs edilən olmayıb.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar