Bakının Nizami rayonunda 2002-ci il təvəllüdlü Hacıqabul rayon sakini Ayaz yetkinlik yaşına çatmayan Firuzəyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib.
Bakupost.az -ın Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, Ayaz 2023-cü ilin avqust ayının sonlarında cinsi ehtirasını təmin etmək məqsədilə həmin gün tanış olduğu, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Firuzə ilə dostu Sərxanın kirayədə yaşadığı mənzilin yataq otağında qarşılıqlı razılıq əsasında təbii yolla cinsi əlaqədə olub.
Daha sonra Firuzənin razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı digər seksual xarakterli hərəkət edib.
İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü ilin iyul-avqust aylarında tanışı Sərxanla birlikdə çimərliyə getmək qərarına gəliblər: “Biz taksidə olanda Zülfiyyə Sərxana zəng etdi. Sərxan mənimlə birlikdə olduğunu, çimərliyə getdiyimizi bildirdi. Zülfiyyəyə bizimlə birlikdə gəlməyi təklif etdi. O, yanında rəfiqəsi Firuzənin də olduğunu bildirdi, rəfiqəsi ilə birlikdə gəlib onları götürməyimizi xahiş etdi. Taksi ilə Yasamal rayonunun ərazisindən qızları götürərək çimərliyə getdik. Dənizdə çimdik, istirahət etdik”.
Ayaz qeyd edib ki, daha sonra Sərxanın kirayədə yaşadığı evə gediblər: “Əvvəlcə dördümüz də qonaq otağında oturduq. Sonra Firuzə yataq otağına keçdi. Mən də onun ardınca getdim. Yataq otağında Firuzənin razılığı ilə onunla cinsi əlaqədə oldum.
Firuzə mənə 15 yaşının olduğunu dedi. Onun 14 yaşına çatmadığını bilməmişəm. Əməlimdən peşmanam. Astma xəstəsiyəm, bir daha belə əməllər törətməyəcəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Firuzənin sözlərinə görə, təxminən 2023-cü ilin yay aylarında Zülfiyyə ona dənizə gedəcəyini deyib: “Dənizə birlikdə getməyə razılaşdıq. Zülfiyyənin Sərxan və Ayaz adlı dostları taksi ilə gələrək bizi götürdülər və dördümüz birlikdə çimərliyə getdik.
Dənizdə çimib istirahət etdikdən sonra Sərxanın yaşadığı evə getməyə qərara gəldik. Əvvəlcə qonaq otağında söhbət etdik. Sonra mən və Ayaz yataq otağına keçdik. Ayaz məndən yaşımı soruşdu. Həmin vaxt Ayaza yaşımı neçə dediyimi xatırlamıram. Öz razılığım əsasında Ayazla cinsi əlaqədə olduq. Sonra Sərxan taksi çağırdı. Zülfiyyə ilə birlikdə çıxaraq getdik. Ayazla barışmışam, ona qarşı heç bir şikayətim yoxdur”.
İş üzrə şahid qismində ifadə verən Zülfiyyənin bildirdiyinə görə, Sərxanla “Tik-tok” sosial şəbəkəsində tanış olublar: “Təxminən 2023-cü ilin yay aylarında Sərxan dənizə getməyi təklif etdi. Mən də onunla razılaşdım. Parkda rəfiqəm Firuzə ilə rastlaşdım, ona dənizə çimməyə gedəcəyimi dedim. O da bizimlə gəlmək istədi.
Sərxana zəng edərək rəfiqəmin də bizimlə gəlmək istədiyini dedim. Sərxan da dostu ilə olacağını bildirdi. Sərxanla Ayaz birlikdə taksi ilə “Şahənşah” şadlıq sarayının qarşısına gəldi və biz birlikdə çimərliyə getdik”.
Zülfiyyə qeyd edib ki, həmin gün hava küləkli və soyuq olub: “Dördümüz də dənizdə çimdik. Lakin orada çox qalmadıq, 1-2 saata çıxdıq. Daha sonra Sərxanın yaşadığı evə getməyə qərara gəldik. Əvvəl dördümüz də qonaq otağında oturaraq söhbət etdik. Bir neçə dəqiqə sonra Firuzə yataq otağına keçdi. Ayaz da dalınca getdi. Mən Sərxanla qonaq otağında söhbət etdik.
Bir neçə dəqiqədən sonra mənimlə Sərxan zarafat etmək məqsədi ilə Ayazla Firuzənin olduqları yataq otağına girdik və onların yorğanın altında cinsi əlaqədə olduqlarını gördük. Biz gülüşdük. Ayaz otaqdan çıxmağımızı xahiş etdi. Biz otaqdan çıxdıq”.
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayaz 3 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsə təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.