Ru
17:40 / 23 Sentyabr 2024

İki ölkə Livanın müdafiəsinə qalxdı

726
Beynəlxalq ictimaiyyətin Fələstin-İsrail münaqişəsi məsələsində susqunluğu bütün regionu fəlakətə aparır. Bunun nəticələri bütün dünyaya təsir edəcək.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu İordaniyanın Moskvadakı səfiri Xalid Şavabke Rusiya Federasiyası İctimai Palatasında Beynəlxalq Sülh Günü şərəfinə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

“Xahiş etdiyim odur ki, susmayın, Fələstin-İsrail məsələsi ilə bağlı öz mövqeyinizi bildirin Biz hamımız beynəlxalq arenada ikili standartların tətbiq olunduğunu bilirik. Qəzzada insanların sülh və əmin-amanlıq içində yaşaması, uşaqların məktəbə getməsi fikrini müdafiə etməyinizi istəyirik. Əgər Qəzzada müharibə davam edərsə, bu, bütün regionda dəhşətli nəticələrə gətirib çıxaracaq. Eyni zamanda bu, bütün dünyada fəlakətə səbəb olacaq və o zaman heç kim səssiz qala bilməyəcək”, - o vurulayıb. .

Diplomatın sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının hər bir üzvü beynəlxalq səhnədəki vəziyyətə təsir göstərməli, bölgədəki günahsız insanların hüquqlarını müdafiə etməlidir:

"Amma biz müdafiə tədbirlərini görmür, atəşkəs tələblərini eşitmirik".

Əlcəzair Xarici İşlər Nazirliyinin rəhbəri Əhməd Attaf da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən tədbirdə beynəlxalq ictimaiyyətin İsrail hakimiyyətini Qəzza zolağında soyqırım müharibəsini dayandırmağa məcbur etməli olduğunu bildirib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar