Sankt-Peterburqda 13 yaşlı qız anasını aqressiv qonşudan qoruyarkən xəsarət alıb.
Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, 38 yaşlı sankt-peterburqlu qadının 46 yaşlı qonşusunun mənzilinə kişi ilə bağlı işi həll etmək üçün gəldiyi zaman qeydə alınıb.
Qadının evinə girən qısqanc qonşu tez sözdən hücuma keçib. Bu zaman qızı zərərçəkmişlə birlikdə mənzildə olub. Məktəbli qız anasına təcavüzkarla mübarizə aparmağa kömək etmək istəsə də, özü xəsarət alıb. Qıza səthi kəllə-beyin travması və boyun nahiyəsində sıyrıqlar diaqnozu qoyulub.
Hadisədən sonra məktəblinin anası qonşusundan polisə şikayət edib. Məlum olub ki, iki qadın arasında münaqişə kişinin onlardan birini tərk edərək digərinin yanına köçməsi səbəbindən yaranıb.