Ru
22:31 / 14 Mart 2025

İki QHT sədri həbs edildi

İki QHT sədri həbs edildi
Eye

Məhkəmə qeyri-hökümət təşkilatının rəhbəri barəsində həbs qərarı verib.

Bakupost.az Report-a istinadən xəbər verir ki, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında adıçəkilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.

***

Məhkəmə daha bir qeyri-hökümət təşkilatının rəhbəri barəsində həbs qərarı verib.

Report-un xəbərinə görə, Seçki Müşahidə Alyansının rəhbəri Altay Məmməd Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında adıçəkilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar