Ru
15:47 / 27 Fevral 2025

İkimərtəbəli evdə yanğın

İkimərtəbəli evdə yanğın
Eye

Qazax rayonu, Əliağa Şıxlınski küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 400 kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yeddiotaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində bir otağın tavanı və dam örtüyünün taxta atmaları 50 kv.m. sahədə yanıb.

Evin böyük hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar