Ru
17:06 / 20 Sentyabr 2024

İkinci sülh sammiti müharibəyə son qoymalıdır - Zelenski

489
İlin sonuna qədər keçirilməsi planlaşdırılan ikinci sülh sammiti Rusiyanın başlatdığı müharibəyə son qoymalıdır.

Bakupost.az -ın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

“Biz bu il ikinci sülh sammitini təşkil etmək üçün Ukraynanı mümkün qədər gücləndirməliyik. Bu müharibəyə son qoya biləcək bir samiit olmalıdır. Bu sammit məhz elə bir nöqtə qpymalıdır ki, o, heç vaxt üç nöqtəyə çevrilməsin”, - deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti qeyd edib ki, Avropada hamı sülhdə maraqlıdır:

"Sülh müharibənin dondurulması, beynəlxalq hüququn hər hansı manipulyasiyası deyil".

Zelenski hesab edir ki, sülh etibarlı olmalıdır və onun fikrincə, belə də olacaq.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar