Ru
13:52 / 17 Fevral 2025

İlham Əliyev bu əsasnamədə dəyişiklik etdi

İlham Əliyev bu əsasnamədə dəyişiklik etdi
1019

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adları dəyişir.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, komissiyalar “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” adlanacaq.

Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanında yaradılan katibliyin həyata keçirdiyi vəzifələr də müəyyənləşir. Layihədə yerli komissiyaların fəaliyyət istiqamətlərinə dair müddəalar mövcud münasibətlər sisteminin dəyişim dinamikasını nəzərə alaraq təkmilləşdirilir, hüquq pozuntusu törətmiş uşaqlar barəsində tətbiq edilən intizam təsir tədbirləri və fərdi profilaktik işin daha təkmil formada qurulması üçün yaradılan mexanizmlərin sayı artırılır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar