Ru
10:31 / 27 Dekabr 2024

İlhamə Elşadqızına narkotik ittihamı - Məhkəmə qərar verdi

İlhamə Elşadqızına narkotik ittihamı - Məhkəmə qərar verdi
1858

“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla tutulan şair İlhamə Elşadqızı da cinayət məsuliyyətinə cəlb edilib.

Bakupost.az -ın “Qafqazinfo”ya istinadən məlumatına görə, son vaxtlar çıxışları ilə qınaq obyektinə çevrilən tiktokçu Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir. Onun istintaqdan gizlənmək ehtimalı da nəzərə alınaraq azadlıqda qalması əsaslı hesab edilməyib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İlhamə Elşadqızı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, verilmiş ittihamla təqsirli bilinərsə, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, “TikTok” əməliyyatı polis tərəfindən keçirilib. Əvvəlki günlərdə aparıcı Azər Zahid və daha bir neçə nəfər cinayət ittihamı ilə həbs edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar