Ru
12:49 / 29 Mart 2025

İlhamə Quliyevanı süni intellektlə “diriltdilər”, klip çəkdilər –VİDEO

İlhamə Quliyevanı süni intellektlə “diriltdilər”, klip çəkdilər –VİDEO
Eye

Mərhum xalq artisti İlhamə Quliyevanı süni intellekt proqramı ilə “dirilədərək” klip çəkiblər.

Bakupost.az xəbər verir ki, klipdə Sİ-nin köməyi ilə mərhum müğənnin səsi və hərəkətli görüntüləri əks olunub.

Xalq artisti İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1965–1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti kimi çalışıb. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə vəfat edib. İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilib.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar