Qaxda atdan yıxılan qız ağır xəsarət alıb.
Bakupost.az "Report"a istinadla xəbər verir ki, hadisə İlisu kəndində baş verib.
Rayona istirahət üçün gələn Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Həmidə Fazil qızı Rəsulzadə kənddə at sürərkən daşlı-çınqıllı ərazidə yıxılaraq ağır xəsarətlər alıb.
H.Rəsulzadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.