Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:52 / 23 Avqust 2024

İlk 10 dairənin ən şanslı namizədləri - Adlar

48656
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bakupost.az xəbər verir ki, hazırda namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər. Müşahidələr onu deməyə əsas verir ki, bəzi dairələrdə namizədlər arasında gərgin mübarizə gedəcək. Lakin elə dairələr var ki, orada indidən seçkinin hansı namizədin qələbəsi ilə başa çatacağını ehtimal etmək olar.

Məsələn, 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun qalib gələcəyi o qədər də şübhə doğurmur. Çünki bu dairədən onun rəqibləri bitərəf müəllim (2nəfər), həkim, baş mühəndis, fərdi təsərrüfatçıdır ki, onların adı respublika ictimaiyyətinə o qədər də tanış deyil. Həm də nəzər almaq lazımdır ki, Ziyafət Əsgərovun namizədliyi hakim YAP tərəfindən dəstəklənir.





2 saylı Şərur-Kəngərli Seçki Dairəsi ilə bağlı da eyni fikirləri söyləmək mümkündür. Belə ki, burada da YAP-ın namizədi Siyavuş Novruzov ilə həmin bölgədən olan müəllim, kitabxanaçı, metodist və b. mübarizə aparacaqlar ki, onların qələbə şansı o qədər də yüksək dəyərləndirilmir.

Ümumiyyətlə, 3 saylı Babək-Kəngərli Seçki Dairəsi, 4 saylı Naxçıvan şəhər Seçki Dairəsi,5 Saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi, 6 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə də müvafiq olaraq, YAP-ın namizədləri Asiman Babayev, Eldar İbrahimov, Ülviyyə Həmzəyeva və Vüqar Rəhimzadənin qələbə şansı daha yüksək dəyərləndirilir.





7 saylı Səbail Seçki Dairəsindən isə Milli Məclisin deputatı Nigar Arpadarainin 6 bitərəf və YAP-dan olan 1 rəqibi (pensiyaçı) var. Bitərəflərin əksəriyyəti bələdiyyə üzvləridir və onlar qədər də şansı sayılmırlar. Nigar Arpadarainin bu dairədən yenidən deputat seçilmək imkanı digər namizədlərlə müqayisədə daha genişdir.

8 saylı Binəqədi birinci Seçki Dairəsində isə namizdələrin siyasi-sosial tərkibi daha genişdir. Belə ki, buradan 6 siyasi partiyanın - YAP, MCP, KXCP, Müsavat, Ümid, GAP nümayəndələri və 6 bitərəf namizəd deputat mandatı uğrunda mübarizə aparacalar. Burada əsas mübarizənin son seçkidə dairəni Milli Məclisdə təmsil edən Azay Quliyevlə YAP-ın namizədi Həcər Mirzəyeva və müsavatçı Mustafa Hacılbəyli arasında gedəcəyi proqnozlaşdırılır. Böyük ehtimalla bu dairənin favoriti yenidən Azay Quliyev olacaq.





9 saylı Binəqədi ikinci Seçki Dairəsində 8 namizəddən 6-sı bitərəf, 1-i YAP, 1-i isə AMİP-in nümayəndəsidir. Bitərəflərfən 3-ü işsiz, 2-si bələdiyyə nümayəndəsidir. Bu dairədə əsas mübarizə YAP-ın namizədi Kəmaləddin Qafarov və AMİP-çi Əli Orucov arasında gedəcək. Qeyd edək ki, ötən dəfə K.Qafarov bu dairədən deputat seçilib. Bu isə onun şanslarını nisbətən artırır.




10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən də namizədlərin siyasi tərkibi fərqlidir. Belə ki, burada 6 siyasi partiya və 5 bitərəf namizəd mübarizə aparacaqlar. Burada əsas mübarizənin BAP sədri Elşad Musayev və YAP-ın namizədi, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov arasında gedəcəyi gözlənilir. Bu dairədə Elşad Musayevin qələbə şansı daha yüksək qiymətləndirilir.

Digər dairələr barədə növbəti yazımızda...
Şərhlər
  • Qaxlı

    Qaxlıların 90 faizinin Əhməd Şahidova səs verilməsinə baxmayaraq qutudan 72 yaşlı Əli Məsimli çıxdı. səsləri necə paylaşdırdılar heç fələk də baş aça bimədi. 120 nəfər səsverməyə gəldi qutudan 700 çıxdı.

  • Elçin Kərimov

    10-Saylı Dairədə ən çox seçilmə şansı Razim Əmiraslanlıdadır

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar