Ru
18:15 / 15 Aprel 2025

İllərlə mənzilində zibil qalaqlandı - Məhkəmə işə qarışdı

İllərlə mənzilində zibil qalaqlandı - Məhkəmə işə qarışdı
Eye

Rusiyanın Açinsk şəhərində məhkəmə icraçıları 60 yaşlı yerli sakini evini zibildən təmizləməyə məcbur ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə Federal Məhkəmə İcraçıları Xidmətinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Şöbədən bildirilib ki, qadın uzun illərdir yaşadığı mənzildə zibil yığaraq qonşularının narahatlığına səbəb olub.

“Vətəndaş antisanitar şəraitdə yaşayırdı: çıxışa aparan yol ərzaq qablaşdırmalarının yığılmış qalıqları ilə bağlanmışdı, saysız-hesabsız həşəratlar isə evin daimi sakinlərinə çevrilmişdi”, – qurumdan bildirilib.

Nəticədə məsələ məhkəməyə qədər gedib çıxıb. Məhkəmə qadının evi təmizləməsi və mənzili qaydaya salması barədə qərar verib.

Lakin yaşlı qadın bu tələbi yalnız qismən yerinə yetirib. Bundan sonra məhkəmə icraçıları ona cərimə ilə hədələyiblər. Bu addım qadını məhkəmə qərarını tam şəkildə icra etməyə məcbur edib.

Lalə,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar