İlon Mask Azərbaycanda şirkət yaradıb.
Bakupost.az xəbər verir ki, noyabrın 1-də Amerikanın “Starlink” peyk internet provayderinin törəmə şirkəti olan “Starlink Azerbaijan” MMC Bakıda qeydiyyatdan keçib.
Şirkətin ofisi “Azur Biznes” Mərkəzində yerləşir. Nizamnamə kapitalı 100 dollar olan şirkətin direktoru Loren Dreyer təyin edilib.