Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:11 / 18 Dekabr 2024

İlon Mask: “Dərin dövləti məhv edərəm”

1048

ABŞ-li milyarder İlon Mask və ona məxsus olan "SpaceX" şirkəti təhlükəsizlik protokollarına əməl etməmək səbəbilə araşdırmaya cəlb olunub.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarder bu məsələyə sərt reaksiya verib.

“Dərin dövlət xainləri ənənəvi mediada öz ödənişli tərəfdarlarından istifadə edərək mənim izimə düşüblər. Döyüşü başlatmaq istəyən mən deyiləm, amma onlar başladarsa, dərin dövləti məhv edərəm”.

"Nyu York Tayms"da yayılanan xəbərə görə, İlon Mask və "SpaceX" təhlükəsizlik hesabatları ilə bağlı qaydalarının pozulması səbəbindən federal araşdırmalarla üzləşib.

Mövzu ilə bağlı fikirləri soruşulan mütəxəssislər federal qurumların, şirkətin və onun rəhbərinin dövlət sirrlərini qorumağa dair açıqlama protokollarına əməl edib-etmədiyini yoxlamaq üçün ən azı üç araşdırma başlatdığını bildiriblər.

"İlon Mask və "SpaceX" şirkəti, dövlət sirrlərini qorumağı hədəfləyən federal hesabat protokollarına əməl etməkdə dəfələrlə uğursuz olub, bura xarici liderlərlə keçirilən görüşlərin bəzi detalları barədə məlumat verməmək də daxildir", - deyə "Nyu York Tayms" bildirib.

Rəhman Mirzəlizadə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar