Ru
17:01 / 03 Fevral 2025

İlon Mask Marsdakı sirli obyektlə maraqlanır

İlon Mask Marsdakı sirli obyektlə maraqlanır
584


SpaceX-in rəhbəri İlon Mask NASA-nın çəkdiyi görüntülərdə aşkar edilən “kvadrat quruluşu” öyrənmək üçün Marsa ekspedisiya göndərilməsi təklifini dəstəkləyib.

Bakupost.az xəbər verir ki, bu barədə "Daily Mail" bildirib.

Sirli obyektin internetdə yayılan fotoşəkili onun süni mənşəyə malik olması ilə bağlı fərziyyələrə səbəb olub. Hətta tanınmış aparıcı Joe Rogan bu quruluşu “təbii” adlandırsa da, Mask astronavtların kəşfiyyata göndərilməli olduğunu bildirib.

Foto Mars Orbiter Camera tərəfindən çəkilib və “Mars Image Explorer” saytında yerləşdirilib.

Mask, Starshipin yeddinci sınaq uçuşunun uğursuzluğuna baxmayaraq, Mars missiyası üzərində işləməyə davam edir. O, bildirib ki, hər Starship buraxılışı Marsa doğru bir addımdır.

Lalə, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar