Ru
17:30 / 07 Sentyabr 2023

İlon Mask Rusiya donanmasını necə xilas etdi?

1814
"İlon Mask Ukraynanın Rusiya Hərbi Dəniz Qüvvələrinə gizli hücumunun qarşısını almaq üçün keçən il öz mühəndislərinə Krım sahillərində Starlink peyk rabitəsi şəbəkəsini bağlamaq barədə gizli tapşırıq verib".

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu amerikalı jurnalist Uolter Ayzekson bildirib.

CNN-in məlumatına görə, müəllif bu barədə İlon Maskın sentyabrın 12-də dərc olunacaq tərcümeyi-halında yazır.

Jurnalistin sözlərinə görə, Ukraynanın partlayıcı maddələr yüklü sualtı pilotsuz təyyarələri guya “Rusiya donanmasına yaxınlaşıb”, lakin sonra “zərərsiz şəkildə sahilə düşüb”.

Kitabda qeyd edilir ki, Mask 2022-ci ilin əvvəlində Kiyevi peyk rabitə terminalları ilə təmin etməyə razılaşıb, lakin o, Ukrayna hərbi rəhbərliyinin Starlink-dən hücum əməliyyatları və təxribat üçün istifadə edəcəyini gözləmirdi.

"Starlink dronlarla zərbə endirmək üçün deyil, insanların Netflix-ə baxması, dincəlməsi, məktəbdə internetə qoşulması üçün yaradılıb", - materialda qeyd olunur.

Qeyd olunur ki,guya Ukrayna tərəfi iş adamını razı salmağa çalışsa da, o, təslim olmayıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar