Ru
18:00 / 06 Mart 2025

İlon Mask üç ayda 116 milyard dollar itirdi

İlon Mask üç ayda 116 milyard dollar itirdi
Eye

Amerikalı sahibkar və milyarder, ABŞ Dövlət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask 2024-cü ilin dekabrından bəri Tesla səhmlərinin dəyərinin azalması səbəbindən 116 milyard dollar itirib.

Bakupost.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

17 dekabr 2024-cü ildə Tesla səhmləri 480 dollara satıldıqda Maskın xalis sərvəti 464 milyard dollara çatdı. Bununla belə, 2025-ci il martın 4-nə onun kapitalı 347,7 milyarda qədər azalıb. Bir gündə sahibkar 7,1 milyard dollar itirib.

Tesla səhmlərinin qiymətinin düşməsi S&P 500 indeksinin 2025-ci ilin ən aşağı səviyyəsinə enməsi ilə əlaqədardır. Bu, ABŞ-ın Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflər tətbiq etməsi fonunda baş verib.

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar