Bu gün titul.az saytında Əməkdar artist, məşhur aktyor İlqar Cahangirin səhhətində problem yaranması ilə bağlı xəbər yayılıb.
Abşeron Rayon Mərkəzi Xəstəxanasında görüntülənən aktyorun bir neçə müayinədən keçdiyi, qan analizi verdiyi bildirilir.
Bununla bağlı Bakupost.az İlqar Cahangirlə əlaqə saxlayıb.
Aktyor saytımıza açıqlamasında yayılan xəbərlərin yanlış olduğunu deyib:
“Atamla və yeznəmlə bağlı xəstəxanaya getmişdim. Atamı həkimə aparıb-gətirirəm. Özümlə bağlı bir problem yoxdur. Səhhətim yaxşıdır. Çəkilişlərə gedirəm. Şəkillər isə bu günə aid deyil. Bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasında olmamışam”.
Aygün
BakuPost