Ru
14:24 / 09 Yanvar 2025

İlqar Mustafayevin həbs müddəti uzadıldı

İlqar Mustafayevin həbs müddəti uzadıldı
829

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 4 aylıq ilkin araşdırma müddəti kifayət etməyib.

Bakupost.az xəbər verir ki, sözügedən səbəbdən prokuror məhkəməyə təqdimat verib.

Təqdimatda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin daha bir neçə ay uzadılması istənilib. Məhkəmə təqdimatı təmin edib.

Qərara əsasən, İlqar Mustafayevin həbs müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, İ. Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar