Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib.
Bu barədə
Bakupost.az -a Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü bildirib.
Onun sözlərinə görə, İ.İsmayılov bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, bir müddət əvvəl partiya lideri insult keçirmişdi. O xeyli vaxt idi ki, Mərkəzi Klinik Xəstəxanada müalicə alırdı. Komaya düşən İ.İsmayılovun böyrəkləri də funksiyasını itirmişdi.
Qeyd edək ki, Ədalət Partiyasının sədri İ.İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
Zaur, BakuPost