Ru
14:36 / 27 Yanvar 2025

İmamoğlu ilə bağlı istintaq başladıldı

İmamoğlu ilə bağlı istintaq başladıldı
650

Tükiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlu barəsində istintaq başladılıb.

Bakupost.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğundan açıqlama verilib.

Məlumata görə, E.İmamoğlu Saraçhanedə təşkil etdiyi mətbuat konfransında bir sıra məhkəmə işlərində ekspert-şahid kimi iştirak edən Satılmış Büyükcanayakının adını çəkərək onu hədəf kimi göstərməkdə ittiham olunur.

Qeyd edək ki, İmamoğlunun adı Beylikdüzü, Esenyurt və Beşiktaş bələdiyyələri, həmçinin İstanbul Böyükşəhər Bələdiyyəsinin şirkətləri olan İETT və İSFALT ilə bağlı cinayət işlərində hallanır. S.Büyükcanayakın isə sözügedən məhkəmə işlərində şahid və ekspert qismində iştirak edir.

Açıqlamada bildirilib ki, Ekrem İmamoğlu barəsində Türkiyə Cəza Məcəlləsinin 277 və 288-ci maddələri üzrə araşdırma başladılıb.

Həmçinin qeyd edilib ki, yazılı və vizual KİV-də bu istiqamətdə açıqlama verənlərin müəyyən edilməsi və istintaqa cəlb edilməsi üçün İstanbul Polis İdarəsinə tapşırıq verilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar