Ru
17:18 / 08 Aprel 2025

İmamoğlu Parisin fəxri vətəndaşı elan edildi - "Fiqaro"

İmamoğlu Parisin fəxri vətəndaşı elan edildi - "Fiqaro"
Eye

Paris hakimiyyəti məhkəmə prosesi çərçivəsində həbs olunaraq vəzifəsindən uzaqlaşdırılan İstanbul meri Əkrəm İmamoğluna fəxri vətəndaş adı verib.

Bakupost.az xəbər verir ki, bu barədə Fransanın “Fiqaro” qəzeti yazıb.

Məqalədə deyilir: “Martın 19-da Türkiyədə saxlanılan İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu Paris şəhərinin fəxri vətəndaşı elan olundu".

Paris meri Ann İdalqo deyib ki, İmamoğlunun şəhərin fəxri vətəndaşı olması ona “müqavimət göstərmək gücü” verəcək və Türkiyə hakimiyyətini “demokratik düşüncənin səsini eşitməyə” məcbur edəcək.

Martın 23-də məhkəmə İstanbul meri Əkrəm İmamoğlunu korrupsiya və PKK-ya yardım ittihamı ilə həbs edib.

İmamoğlu Türkiyənin hazırkı lideri Rəcəb Ərdoğanın əsas siyasi rəqibidir və müxalifət tərəfindən prezident seçkilərində gələcək namizəd kimi qəbul edilib. Onun həbsindən sonra İstanbul və digər şəhərlərdə genişmiqyaslı etiraz aksiyaları keçirilib. Polis nümayişçilərə qarşı su şırnaqlarından və qazdan istifadə edib.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar