Ru
13:09 / 19 Mart 2025

İmamoğlu polis idarəsinə gətirildi - Dindirilmə başlayır

İmamoğlu polis idarəsinə gətirildi - Dindirilmə başlayır
Eye

Bu gün səhər saatlarında saxlanılan Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu dindirilmə üçün İstanbul polis idarəsinə gətirilib.

Bakuopost.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Dindirilmənin tezliklə başlanacağı bildirilir.

Xatırladaq ki, Türkiyənin hüquq-mühafizə orqanları bu gün səhər saatlarında İstanbul bələdiyyəsində anti-korrupsiya və antiterror əməliyyatı keçirib. Əməliyyat çərçivəsində İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu və bələdiyyənin 106 əməkdaşı saxlanılıb.

Əməliyyatdan sonra İstanbul Baş Prokurorluğu İmamoğlu və saxlanılan digər şübhəliləri PKK terror təşkilatına yardım və rüşvətxorluqda ittiham edib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar