İstanbulda genişmiqyaslı saxlama əməliyyatlarından sonra CHP-nin keçmiş millət vəkili Mustafa Balbay diqqətçəkən açıqlama verib.
Bakupost.az xəbər verir ki, o, həbslərin davam edə biləcəyini deyib.
“Növbə Mənsur Yavaşdadır. Onun sənədləri hazırdır”, deyən Balbay Ankara Böyükşəhər Bələdiyyəsinə qarşı mümkün əməliyyatlara işarə edib.
Hadisələrdən sonra nə Mansur Yavaş, nə də Ankara Böyükşəhər Bələdiyyəsi tərəfindən heç bir açıqlama verilməməsi fərziyyələri daha da artırıb.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsində genişmiqyaslı antikorrupsiya əməliyyatı başlayıb. Əməliyyat çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və mətbuat müşaviri Murad Ongün saxlanılıb. Bundan başqa, aralarında İmamoğlunun təbliğatını aparan Necati Özkanın da olduğu daha 100 nəfər də tutulub.