Əkrəm İmamoğlunun həbsi ilə bağlı aparılan müzakirələrdən nə qədər kənar durmağa çalışsam da, olmadı. Bacarmadım.
Türkiyənin daxili işi olan və ədalət məhkəməsinin qərar verəcəyi bir məsələyə, həm də Azərbaycanın qələbəsindən sonra simasını dəyişmək məcburiyyətində qalan Əkrəm İmamoğluya görə torpaqlarımızın işğaldan azad edildiyi, suverenliyimiizin bərpa olunduğu zaman kəsiyinin hər anında yanımızda olan, mənəvi və siyasi dəstəyi, qətiyyəti ilə gücümüzə güc qatan Rəcəb Tayyib Ərdoğanın aşkar və gizli şəbəkələrin qulbeçələri tərəfindən utanc doğuracaq bir şəkildə hədəfə alınmasına biganə qala bilmədim.
Tutaq ki, İmamoğlu kimi itin-qurdun yanında olan xəyanət dağarcıqlarının xislətini hardasa anladıq, bəs özünü illərdən bəri "vətənsevər", "türkçü", "Turançı" kimi ictimai rəyə sırıyanlara nə gəlib? Belələrini reabilitasiya edib "dəbə mindirənlər" hara baxırlar?
Zamanında deyəndə ki, Sorusun, NED-in, USAİD-in yal verdiklərini reabilitasiya etmək mümkün deyil, onlar hüceyrələrinə kimi "xəyanət" virusuna yoluxublar, ən iyrənc böhtanlarla, şər-şəbədə ilə əksini sübut etməyə çalışırdılar. İndi boylansınlar sosial şəbəkələrdəki mənzərəyə və korafəhim olduqlarının fərqinə varsınlar.